Asılılıq – başqa insanlara, əşyalara, maddələrə, vizual elementlərə, başqasının iradəsinə və s. tabe olmaqdır. Asılılıq psixoloji pozuntudur – nə qədər qorxulu səslənsə də, bir növ ruhi xərçəngdir.

Asılılıq insanın bioloji, psixoloji, mənəvi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq predmentinə görə kimyəvi və qeyri kimyəvi olaraq 2 yerə bölünür.

 

Kimyəvi Asılılıq

 

Hər hansı psixoaktiv maddələr (narkotik, alkoqol, antidepressant və s.) – bütün bədən proseslərinə

təsir edir və abstinent simptomlarına (lomka) səbəb olur.

Hər maddənin orqanizmdə təsir müddəti var. O, müddət başa çatdıqda kəskin abstinent sindromu (14-24 gün) – dəhşətli fiziki və ruhi ağrı, orqanizmin funksiyalarının pozulması və s. ilə müşahidə olunur.

Bundan sonra 9 aya qədər əhval dəyişikliyi, güclü passivlik, yenidən istifadə etmək istəyi olur.

 

Qeyri-kimyəvi asılılıq:

 

Qumar (oyun) asılılığı

Kompulsiv asılılıq

Münasibətlərdə asılılıq və s.

Bunların fəsadları kimyəvi asılılıqların fəsadları ilə eynidir. Təkcə birbaşa fiziki təsirləri azdır.

Yalan danışmaq, oğurluq, nə etsələr də günahı başqasına yükləmək (daha çox ailə üzvlərinə) və s. ümumi simptomlarıdır.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)