Asılılıq amansız bir düşmən ola bilər, təkcə onun əlində olan insana deyil, həm də yaxınlarına da təsir edir. Asılılıqdan qurtulmaq çox vaxt peşəkar müdaxilə tələb olunur. Lakin bəzi hallarda asılı bu xəstəlikdən xilas olmaq istəmir. Bunu təklif edən yaxınlarına əsəbi reaksiyalar verir, münasibətlər daha da gərginləşir. Qurtuluş Reabilitasiya Mərkəzi olaraq, vəziyyətin mürəkkəbliyini dərk edir və sizə öz xidmətimizi təklif edirik.
Bizə bu cür hallarda müraciət edildikdə, xaricdə təhsil almış, peşəkar komandamızla həmin ünvana gedir və asılı şəxslə proflaktik söhbət aparırıq.
Bir çox hallarda, asılılıqdan əziyyət çəkən fərdlər qorxu, utanc və ya digər faktorlara görə problemlərinin miqyasını dərk edə, köməyə ehtiyaclarını inkar edə və ya sadəcə müalicəyə müqavimət göstərə bilərlər. Belə vəziyyətlərdə müalicə üçün onların razılığını almaq incə və vacib bir işə çevrilir.
Ancaq komandamızın üzvləri bu kritik addımda necə davranmalı olduqlarını çox illik təcrübəyə əsasən çox yaxşı bilirlər.
Bunun üçün asılı şəxsi sözün tam mənasında dinləyir, onu narahat edən məqamlara aydınlıq gətirirlir. Şəxs reabilitasiya prosesi barəsində tam məlumatlandırılır və sağalmanın mümkünlüyünə inandırılır.
Asılı şəxslə açıq dialoqa keçilir, ondan heç nə gizlədilmədən, şəxsiyyətinə hörmət nümayiş etdirilərək, şəxsi reabilitasiya mərkəzində müalicəyə razı salınır.
Siz də bu kimi hallarla qarşılaşırsınzısa, mütləq Qurtuluş Reabilitasiya Mərkəzinə müraciət edin.