Müxtəlif qumar oyunları, idman mərcləri, kart oyunları, slot maşınları və daha bir çoxu həm real, həm də virtual dünyada insanların marağını cəlb edir. Amma daha sonra əyləncə və həyəcan mərhələsi öz yerini vərdişə buraxır. Bu mərhələdə, insanlar vərdişlərinin əsirinə çevrilirlər. Qumar aludəçiliyi asılılıq növləri sırasında yaş məhdudiyyəti olmayan asılılıqdır. Çünki təcrübədə 14 yaşında belə qumar oynayan şəxslərə rast gəlinir.
Təəssüf ki, qumar oyunlarının aludəçiləri arasında alkoqol və ya narkomaniyaya meyillilik də digər insanlarla müqayisədə çox yüksəkdir.
Qumar asılılığı məsələsində bəzən yanlış fikirlər dolaşır. Bəziləri qumar asılıları bunun bir əyləncə olduğunu, pul istifadəsinə qənaət etdiklərini bildirirlər.
Qumarbazın borcunu ödəməklə asılılığından çıxaracağına inanmaq da yalnışdır. Əslində, bu addımlar vəziyyəti daha da pisləşdirə bilər.Top of Form
Bu mərhələdə, insanların belə bir problemi həll etməkdə yardım almağa ehtiyacı var. Çünki qumar aludəçiliyi, həyatı dəyişən və əhəmiyyətli məsələlər yaradan ciddi bir məsələdir.