Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.
Mərkəzimiz Novxanı qəsəbəsində dəniz sahilində, təmiz havalı, bol günəşli, villalarda fəaliyyət göstərir.
Peşəkar komanda sayəsində qısa müddət ərzində 200-dən artıq asılı insan müalicə olunaraq və sosial adaptasiya mərhələsini keçərək sağlam şəxs kimi ailələrinə və cəmiyyətə qayıdıb.
Məqsədimiz:
Hər bir mərkəzin yaranma məqsədi böyük həcmli gəlirlər əldə etmək ola bilər. Lakin biz mərkəzimizi ülvi məqsədlərlə insanlara və xüsusilə, maddi vəziyyəti yaxşı olmayan ailələrə çox bahalı proses olan – sosial – psixoloji – reabilitasiyanı əlçatan etməkdir. Ona görə də biz yalnız reabilitasiyanın – daha dəqiq desək, binanın, qidalanmanın, mütəxəssislərin və digər əməkdaşların xərcini ödəyən qazancla kifayətlənirik