Şopoqolizm

Şopoqolizm alış-veriş xəstəliyi olaraq da bilinən, psixoloji asılılıq formasıdır. Bu asılılıq növü bir çox hallarda gizli formada inkişaf edir və insanlar bu xəstəliyə düçar olduqlarından xəbərləri olmur. İnternetin və onlayn satış platformalarının günü-gündən artması da bu xəstəliyin geniş vüsət almasına səbəb olur.

Şopoqolizm də psixoloji asılılıqdır. Çünki şopinq insanlarda antidepressant effekti yaradır. Alış-veriş zamanı insanda serotonin və adrenalin hormonları ifraz olunur. Bu da insanda xoşbəxtlik illuziyası yaradır. İnsan gündəlik qayğılar, özünə güvənsizlik, problemlərdən qaçış üçün mağazalara gedib, pul xərcləməyə başlayır. Bu da getdikcə asılılıq yaradır və insanın iqtisadi gücünə çox böyük mənfi təsirlər göstərir.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)