Asılılıqdan xilas olmaq çətin, lakin mümkünsüz deyil. Uzun illər narkomaniyadan sağalmanın mümkünsüz olduğu, sağalma faizlərinin 100-də bir olduğu iddia edilirdi. Ancaq son illər asılılığın yalnız fiziki yox, birbaşa psixoloji asılılıq olduğu həqiqəti məlum olandan sonra, bu xəstəlikdən müalicə üsulları var.

Müalicə üçün mütləq peşəkarlara müraciət etmək lazımdır. Necə ki, digər xroniki xəstəliklərdə həkimə müraciət ediriksə, asılılıqla mübarizə aparmaq üçün də məhz işi peşəkarlarına buraxmaq lazımdır.

Asılılıqdan müalicə növünə görə dəyişsə də, ümumi müddəalar onları birləşdirir. Bu sahədə bəlkə də yeganə narkomaniya, alkoqol asılılığıdır ki, başlanğıcda detoksikasiyadan prosesindən keçmək lazımdır. Bu zaman bədəndəki zərərli maddələr bədəndən təmizlənir və xəstə kəskin abstinent dövrünü geridə qoyur. Ancaq bilmək lazımdır ki, asılılıq psxioloji xəstəlikdir və detoksikasiya ilə iş bitmir. Mütləq ki, xəstəliyi yaradan səbəblər tapılmalı, onlar müalicə edilməlidir.

Bu müalicə üçün isə reabilitasiya mərkəzlərinə müraciət etmək lazımdır. Müalicə mərkəzlərində asılı şəxslə psixoloji proqramlardan istifadə edilir. Onun travmaları öyrənilir, şəxsi asılılığa aparan səbəblər araşdırılıb tapılır.

Müalicənin növbəti mərhələsi isə sosiallaşma mərhələsidir. Bu mərhələdə sağalma prosesini bitirməyə hazırlaşan insanların cəmiyyətə adaptasiya müddəti başlayır. Şəxs əvvəlki həyatı ilə indiki həyatı arasında bir paralel aparır. Ona yenidən bu yola qayıtmamaq üçün cəmiyyət içərisində, digər asılı insanlarla, ailəsi ilə necə davranmaq qaydaları öyrədilir. Onu asılılıq yoluna dəvət edən insanlardan necə uzaqlaşmaq olar, o izah edilir.

Bundan sonra cəmiyyətə reinteqrasiya etmiş insan, mütəmadi olaraq Anonim Narkomanlar Cəmiyyətinə üz tutur. Burada o, özü kimi sağalma yolunda olan insanlarla görüşür, gündəlik qarşılaşdığı çətinliklər barəsində məlumat verir, özünü deşarj edir.

Qurtuluş Reabilitasiya Mərkəzi asılı xəstələrin sağalma faizinə görə ölkədə lider yerlərdən birini tutur.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)