“Verildi Qurtuluşda fürsət bizə, oldu sağalmaq yolu qismət bizə”

  • Ana səhifə
  • Bloq
  • “Verildi Qurtuluşda fürsət bizə, oldu sağalmaq yolu qismət bizə”

Qurtuluş Reabilitasiya Mərkəzində bu günlərdə həm emosional, həm də motivasiyaedici bir an yaşanıb. Mərkəzdə müalicə alan pasiyentlər özlərinin hazırladığı xüsusi bir meyxana ilə həm öz güclərini göstəriblər, həm də bir-birilərinə dəstək mesajı veriblər.

Meyxananın girişində səslənən:

“Verildi Qurtuluşda fürsət bizə, oldu sağalmaq yolu qismət bizə”

misrası, tədbirə toplaşan hər kəsin qəlbinə toxunub. Bu sözlər təkcə ritmik ifadə deyil, eyni zamanda pasiyentlərin dəyişməyə, güclənməyə və həyatlarına yenidən sahib çıxmağa olan inamının bariz nümunəsi idi.

 Meyxanada sağalan pasiyentlərin bir-bir adı sadalanaraq hər kəsə xüsusi həyat motivasiyası çatdırdılar. Hər bənddə kiminsə adı çəkilir, həmin şəxs haqqında kiçik, pozitiv bir mesaj verilir, bir növ “biz birlikdəyik” mesajı səsləndirildi.

Bu meyxana yalnız əyləncə deyil, həm də psixoloji dəstəyin, kollektiv gücün və dostluğun ən gözəl təcəssümü kimi qiymətləndirildi. Pasiyentlərin öz yaradıcılıqları ilə çıxış etməsi onların həm özünəinamını artırdı, həm də mərkəzdəki sosial mühitə müsbət təsir göstərdi.

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbərliyi vurğulayıb ki, bu kimi tədbirlər pasiyentlərin reabilitasiya prosesində psixoloji dayanıqlığını gücləndirir, onları motivasiya edir və sağlam həyata dönüş yolunda mühüm rol oynayır.

Qurtuluş Reabilitasiya Mərkəzi narkomaniya ilə mübarizədə təkcə tibbi dəstək yox, həm də güclü psixoloji və sosial reabilitasiya mühiti təqdim etməklə insanların həyata yenidən qayıtmasına şərait yaradır.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.