Alkoqolizm asılılıq olub, bir çox hallarda özünü gizlədə bilir. Çünki mental təfəkkürdə, içki içən adam daha çox “yeyib-içən oğlan” kimi xarakterizə olunur. Bu da şəxsin özünün belə bilmədən alkoqolizm bataqlığına yuvarlanmağına səbəb olur.
Alkoqol asılısı reallıqdan qaçmaq, mənəvi ağrıları ilə mübarizə aparmaq üçün içki içməyə meyil edir.
İlk başlarda içkidən aldığı həzz, sonra həmin şəxsə baha başa gəlir. Belə ki, o, hər gün davamlı olaraq içki içir. İçkinin təsiri altında qeyri-adekvat hərəkətlər edir, bir çox hallarda qanunsuz əməllərə əl atır. Ailədə daim aqressiv olur, iş mühitindən uzaqlaşır.
Bilmək lazımdır ki, alkoqolizm asılılıq xəstəliyidir və beynəlxalq reyestrə bu adla düşüb. Yəni alkoqolizmlə ənənəvi üsullarla mübarizə aparmaq, bir müddət şəxsi içkidən uzaq saxlamaq, bu problemin həlli yolu deyil.
Alkoqolik də digər asılılar kimi reabilitasiya mərhələsini keçməlidir. Qurtuluş Reabilitasiya Mərkəzində alkoqol asılılarının müalicəsi də həyata keçirilir ki, burada hər kəsə fərdi müalicə tətbiq edilir.