Asılılıq nədir və hansı növləri var?

Asılılıq psixoloji pozuntu olub, bir növ ruhi xərçəngdir. Ancaq geniş yayılmış fikrin əksinə, necə ki, xərçəng xəstəliyini müalicə etmək mümkündür, eləcə də asılılığa düzgün yanaşma ilə qalib gəlmək olar.

Asılılığın hansı növləri var?

Asılılıq başqa insanlara, əşyalara, maddələrə, vizual elementlərə, başqasının iradəsinə tabe olmaqdır.  Asılılıq insanın bioloji, psixoloji, mənəvi və sosial həyatına mənfi təsir göstərir. Bir çox hallarda intihara qədər aparıb çıxarır.

Asılılıq predmentinə görə iki yerə bölünür:

Kimyəvi

Qeyri kimyəvi

 

Kimyəvi asılılıq nədir?

Hər hansı psixoaktiv maddələr (narkotik, alkoqol, antidepressant və s.) – büdün bədən proseslərinə təsir edir və abstinent simptomlarına (lomka) səbəb olur.

Qeyri – kimyəvi asılılıq nədir?

Qeyri – kimyəvi asılılığın bir sıra növləri var.

Qumar (oyun) asılılığı. İqramaniya adlanan bu qeyri-kimyəvi asılılıq növündə asılı şəxs çarəni əvvəl-axır ölümdə görür. Buna görə də təhlükəki asılılıq növlərindən hesab olunur.

Kompulsiv asılılıq  – hər hansı əşyaya bağlanmaqdır. Bu asılılıq növünün başqa bir forması da tez-tez əl yumaq, çirklənmə hissinin yaranmasıdır. Asılı özünü nə qədər təmizləsə də, ətrafdakı hər şeyin çirkli olduğunu düşünür. Bu da onun həyat keyfiyyətini kəskin formada pisləşdirir.

Münasibətlərdən asılılıq – bu asılılıq növündə isə kimdənsə qopa bilməmək var? Bu daha çox sevgi münasibətlərində özünü büruzə verir. Asılı həyatının mərkəzinə qoyduğu şəxs üçün hər şeyi etməyə hazır olur. Nəticədə həm özünün, həm qarşı tərəfin həyatını ağırlaşdırır.

Qeyd etmək lazımdır ki, qeyri-kimyəvi asılılıqların fəsadları kimyəvi asılılığın fəsadları ilə eynidir. Tək fərq birbaşa fiziki ağrıları azdır. Yalan danışmaq, oğurluq, günahı başqalarında görmək bu asılılığın əsas simptomlarındandır.

Qurtuluş Reabilitasiya Mərkəzi istər kimyəvi, istərsə də qeyri-kimyəvi asılılıqdan müalicə xidməti təklif edir.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)