Qurtuluş Reabilitasiya Mərkəzində müalicənin əsas üstünlükləri

  • Ana səhifə
  • Bloq
  • Qurtuluş Reabilitasiya Mərkəzində müalicənin əsas üstünlükləri

Qurtuluş Reabilitasiya Mərkəzi istər kimyəvi, istərsə də qeyri-kimyəvi asılılıqların müalicəsini həyata keçirir. Mərkəzimiz ölkədə qısa müddət ərzində öz adından söz etdirib, bir sıra uğurlara imza atıb. Qurtuluş Reabilitasiya Mərkəzinin sahib olduğu bir sıra üstünlüklər sayəsində yüzlərlə asılı müalicə olunaraq, sağlam həyatlarına geri qayıdıbılar.

Mərkəzimiz ölkədə alternativi olmayan, Avropa əsaslı sistemlə qurulmuş reabilitasiya proqramı təklif edir. Xaricdə təhsil almış, mütəxəssislərimiz sayəsində sağalma prosesinin ən son yenilikləri ölkəmizdə tətbiq edilir ki, bu da asılı insanların psixoloji müalicəsinin effektivliyində özünü büruzə verir.

Qurtuluş Reabilitasiya Mərkəzinin peşəkar müəllim komandası asılı insanlara və yaxınlarına pulsuz konsultasiya təqdim edir. Sağalma prosesi, müalicənin mərhələləri barəsində yaranmış bütün sualları cavablandırır ki, bu da asılı şəxsin reabiltiasiya proqramına qoşulmağına səbəb olur.

Mərkəzimizdə müalicə alan hər bir şəxsin anonimliyi 100% qorunur. Şəxsin istər sağlamlıq durumu, istərsə də, şəxsi həyatı ilə bağlı düşüncələri qorunub saxlanılır.

Qurtuluş Reabilitasiya Mərkəzinin hazırda 4 filialı fəaliyyət göstərir ki, bu fiallar Novxanı qəsəbəsində, dəniz kənarında villalarda yerləşir. Sağalma prosesində əsas reabilitasiya proqramı ilə yanaşı, rahat şərait də yaradılıb. Mərkəzimizdə müalicə alan şəxslər gündə beş dəfə qidalanma ilə təmin olunurlar. Steril şərait və daimi həkim nəzarəti onların əlavə xəstəliklərlə üzləşməklərinin qarşısını alır. Mərkəzlərimizdə hovuz, sauna, bilyard, tennis kimi seçimlərimiz, sağalma prosesini yüngülləşdirməyə kömək edir.

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)