Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov cəmiyyətə və dövlət orqanlarına çağırış edərək bildirir ki, son dövrlər onlayn qumar oyunları həddən artıq artıb. Artıq bir neçə kliklə insanlar qumar aludəçisinə çevrilə bilir.
Qumar və digər mərc oyunlarından asılılıq ən təhlükəli asılılıq növlərindən biri hesab olunur. Çünki bu asılılığın cənginə keçmiş insanlar bir çox hallarda ağır depressiyaya düçar olur və tək çarəni ölümdə görür.
Ancaq bilmək lazımdır ki, İqramaniya da digər asılılıqlar kimi psixolojidir və bu xəstəlikdən xilas olmaq mümkündür.
