Asılılıq amansız və hər şeyi udan bir bəladır. Bu bəla təkcə onun məngənəsinə düşən şəxsə deyil, ətrafına da ciddi ziyan vurur. Özü də asılılıq yaşa, təhsil səviyyəsinə və həyat tərzinə baxmadan çox asanlıqla hər kəsə yoluxa bilər. Ancaq ümidsizliyə qapılmaq lazımd deyil. Bu xəstəlikdən müalicə mümkündür və o, sadəcə bir addımla başlayır.
Asılı şəxs və yaxud yaxınları dərin depressiyada olurlar və çıxış yolunu heç cür görə bilmirlər. Bu şəxslər təkbaşına problemdən çıxış yolunu görə bilmirlər. Bir çox hallarda asılılar və yaxınları utanc hiss keçirir, bu da onların ilk addımı atmağını çətinləşdirir. Qurutluş Reabilitasiya Mərkəzinin peşəkar komandası sizi bu maneələrdən qorumaq, çıxış yolunu birgə tapmaq üçün pulsuz konsultasiya xidmətini təklif edir.
Pulsuz Konsultasiya Xidməti zamanı peşəkar müəllimlərimiz asılı şəxsin düşdüyü situasiyanın mürəkkəbliyini tam dərk edir. Onu qınayan, mühakimə etməyən bir dillə, çıxış yolunu özünə və ailəsinə tam detalları ilə izah edir.
Konsultasiya zamanı asılının unikal vəziyyəti qiymətləndirilir. Atılacaq addımlar müəyyənləşdirilir və mümkün versiyalar barəsində şəxsə və ailəsinə ətraflı məlumat verilir. Ailənin narahatlığına səbəb olan bütün müddəalar, bir-bir izah edilir.
Asılı şəxsə onu gözləyən sağalma prosesi tam formada izah edilir və ona bu yolda dəstək olunacağı sözü verilir. Bir çox hallarda müalicədən qaçan şəxslərlə söhbətlər aparılır və onu sağalma prosesinə başlamağa inandırılır.
Burada yalnız praktik məlumatlar deyil, həmçinin emosional dəstək də verilir. Onlara real sağalma halları üzərindən nümunələr gətirilir və asılı şəxsin bu bəladan xilas olacağına inam yaradılır.
Gücləndirmə: Bilik gücdür və pulsuz məsləhətləşmə zamanı əldə edilən məlumat fərdlərə öz sağalmaları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmək imkanı verir.
Əgər siz və ya sevdiyiniz biri asılılıq ilə mübarizə aparırsa, müraciət etməkdən çəkinməyin. Bu gün bizimlə pulsuz məsləhətləşməni planlaşdırın və kömək istəməyin gücünü hiss edin. Siz tək deyilsiniz və bərpa yolunuz tək, cəsarətli bir qərarla başlaya bilər.