Daxili İşlər Nazirliyinin əməkdaşları Kəmalə Ələkbərova və Asim Babayev, həmçinin Qadınların və Uşaqların İnnovativ Maarifləndirməsinə dəstək İctimai Birliyinin sədri Aynur xanım mərkəzimizin qonağı oldular. Qonaqlara Qurtuluş Reabilitasiya Mərkəzi barəsində geniş məlumat verildi. Buradakı sağalma prosesi ətraflı izah edildi. Daha sonra qonaqlarımız mərkəzimizdə sağalan asılı şəxslərlə görüşüb, onların suallarını cavablandırdı.