Millət vəkili Tahir Rzayev mərkəzimizi ziyarət etdi
Millət vəkili Tahir Rzayev və “Milli məclis” jurnalının redaktoru Qərənfil Mansurova Qurtuluş Reabilitasiya Mərkəzinin qonağı oldu.
Qonaqlar ilk növbədə mərkəzin peşəkar heyəti ilə tanış oldular.
Daha sonra sağalan rezidentlərlə görüşərək, onları narahat edən problemləri dinlədilər.
Tahir Rzayev və Qərənfil Mansurova Qurtuluş Reabilitasiya Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb, təəssüratlarını bölüşdülər.