Ananın göz yaşları ilə gələn ümid – iki qardaşın qurtuluşu!

Bu dəfə də mərkəzimiz Xəyyam və Samir adlı iki qardaşı ödənişsiz müalicə proqramına qəbul etdi.

Qardaşların müalicəyə başlaması onların ailəsi üçün böyük ümid işığı oldu. Xüsusilə anaları göz yaşları içində duyğularını bölüşərək, övladlarının sağlamlıqlarının bərpası yolunda atılan bu addımın həyatlarının ən böyük sevinc mənbəyi olduğunu söylədi.

Mərkəzimizin peşəkar heyəti Xəyyam və Samirin sağlamlıqlarını bərpa etmələri üçün bütün imkanlarını səfərbər edib. Biz inanırıq ki, güclü iradə, ailə dəstəyi və düzgün reabilitasiya ilə onların hekayəsi uğurla davam edəcək.

 

Qurtuluş Reabilitasiya Mərkəzi 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədi ilə yaradılıb.