Bilirik ki, Azərbaycanın tanınmış televiziya aparıcılarından, Əməkdar jurnalist Nəsimi Nəbizadə son illərdə narkotik asılılığı ilə üzləşib.Bu çətin dönəmdə o, Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbərliyinin təşviqi ilə müalicəyə başlayıb.
Mərkəzin fərdi yanaşması və empatiyası Nəsimi bəyin psixoloji cəhətdən hazırlaşmasına kömək edib və onun sağlam həyata dönüş yoluna inamla addımlamasına şərait yaradıb.
Biz inanırıq ki, doğru dəstək və peşəkar yardım hər kəs üçün ikinci şans deməkdir. Qurtuluş Reabilitasiya Mərkəzi olaraq düşünürük: sağalma həm tibbi dəstək, həm də insan sevgisi ilə mümkündür.

