Milli Məclisdə millət vəkili Fazil Qəzənfəroğlu “Qurtuluş Reabilitasiya Mərkəzin”də olduğunu bildirdi.Millət vəkili əlavə etdi ki, bu yolu keçmiş insanlar yenidən sağalıb və onlar üçün yeni iş yerləri açılıb. Mərkəzdə olduğu zaman 30-a yaxın, keçmiş narkotik aludəçilərinin sağalaraq və Qurtuluş Reabilitasiya mərkəzində işə başladığını bildirdi. Fazil Qəzənfəroğlu onu da əlavə etdi ki, Narkotiklə mübarizədə təşəbbüskar yanaşan belə insanlara dəstək olmaq lazımdır.
